Yuxarı

Əliyev-Paşinyan görüşündə bu məsələ razılaşdırıldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev-Paşinyan görüşündə bu məsələ razılaşdırıldı

Azərbaycan və Ermənistan liderləri bu illər ərzində müxtəlif görüşlər keçiriblər, ancaq videformat əsasında ilk dəfədir görüşürdülər.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında videoformatda baş tutan görüş haqda qeyd edib.

Politoloq Makronun niyə belə bir təşəbbüslə çıxış etməsi sualına cavab axtarıb:

“Birincisi, bu ilin başlanğıcında Avropa İttifaqına sədrlik Fransaya keçib və Paris bütün istiqamətlərdə istər-istəməz fəallıq nümayiş etdirməlidir. Avropanın əsas problemləri arasında Rusiya-Ukrayna gərginliyini və qaz tədarükü ilə bağlı yaranan sualları göstərmək olar. Bununla yanaşı Avropa İttifaqının hazırki sədri Fransa Azərbaycanla Ermənistan arasında moderatorluğa da çalışır. Azərbaycan Brüsselin moderatorluğunun əleyhinə deyil. Ancaq Fransanın moderatorluğu Azərbaycanda sulallar doğurur. Çünki Fransadakı siyasi dairələr Ermənistanın mövqeyini müdafiə etdiklərini gizlətmirlər, ayrı-ayrı fransız siyasətçilər isə Qarabağ separatçılarına dəstək ifadə edirlər. Fransa Azərbaycanla Ermənistan arasında vasitəçilərindən biri olmaq üçün xarici siyasətinin bu istiqamətini korrektə etməlidir. Bu olmazsa, Parisin moderatorluğu bir işə yaramayacaq.

İkincisi, apreldə Fransada prezident seçkisidir və əgər Makron yenidən namizədliyini irəli sürərəcəksə, xarici siyasətdə fəallığını artırmalıdır. Hazırda Makron Kiyevlə Moskva arasında da vasitəçiliyini genişləndirmək istəyir. Fevralın 4-də videoformat əsasında keçirilən görüşdə isə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr keçirilib. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparılıb”.

Politoloq vurğulayıb ki, görüşdə, həmçinin UNESKO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olundu və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edildi:

“Böyük ehtimalla bu, görüşdə əldə edilən əsas nəticədir. Rəsmi İrəvan müharibədən sonra hər yerə saxta məlumatlar yayır ki, guya Qarabağdakı “erməni abidələri” təhlükə altındadır. UNESKO 27 illik işğal dövründə Qarabağda dağıdılan məscidlərlə, muzeylərlə və tarixi abidələrlə bağlı mövqe ortaya qoymadı, bölgəyə nümayəndə heyəti göndərmədi, indi isə əl-ayağa düşüblər”.

Tarix
2022.02.05 / 12:48
Müəllif
Nazlı Onur
Digər xəbərlər

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla