Yuxarı

Bakı və Moskva hərbi-siyasi əməkdaşlığı inkişaf etdirəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və Moskva hərbi-siyasi əməkdaşlığı inkişaf etdirəcək

Azərbaycan və Rusiya milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirəcəklər.

Axar.az-ın xəbərinə görə, bu, Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də təsbit edilib.

Sənəddə qeyd olunur ki, tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.

Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərəcəklər.

Tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdıracaqlarlar.

Eyni zamanda təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.

Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinəcəklər.

Tarix
2022.02.22 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Bakıda Hindistanla bağlı konfrans başladı

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla