Yuxarı

Səfirlərlə görüşün səbəbi: Lavrov “açılmayacaq” demişdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin 27 apreldə ayrı-ayrılıqda Azərbaycan və Ermənistan səfirləri ilə görüşüb. Nazir müavininin səfirlərlə müzakirə etdiyi mövzular içərisində Laçın-Gorus yolundakı vəziyyət də olub.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun sözlərinə görə, bu görüş Rusiya xarici işlər naziri Sergey Lavrovun təlimatıyla reallaşıb:

“Ermənistanın hakimiyyət mənsubları Qarabağa aid bütün məsələlərə görə Rusiyanın məsuliyyət daşıdığını iddia edirlər. Baş nazir Nikol Paşinyan və onun komandası Kremlin Azərbaycanın Laçın yolundakı sərhəd-keçid məntəqəsinin qarşısını alması gərəkliyini iddia edirlər. İrəvan bunu Rusiyanın hərbi kontingentinin Qarabağda yerləşməsi məntiqiylə əlaqələndirir. Kreml Azərbaycanla qarşıdurmada maraqlı deyil və sərhəd-keçid məntəqəsinin fəaliyyətinə mane olmaq istəmir. Bu, İrəvanda və Qarabağ separataçıları arasında Kremllə bağlı növbəti məyusluq yaradıb.

Buna baxmayaraq, Moskva fəallıq görüntüsü yaratmalıdır. Rusiya xarici işlər naziri Sergey Lavrov fevralın 23-də Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab olaraq “Laçın dəhlizində nəzarət-keçid məntəqəsinin yaradılması nəzərdə tutulmur” cümləsini işlətmişdi. Biz Lavrovun sözlərinin əksinə olaraq göstərdik ki, Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın suveren hüququdur və buna kimsə mane ola bilməz. Lavrov məlum açıqlamasına görə ermənilər qarşısında pis vəziyyətdə qalmasın deyə müavininə səfirlərlə görüş keçirməyi tapşırıb. Diplomatlar fikir mübadiləsi aparıblar və dağılışıblar. Bundan başqa Lavrov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada görüşünü təşkil etmək istəyir. Bu görüş mövcud durumu dəyişə bilməyəcək. Ermənilər və onların arxasındakı güclər sərhəd-keçid məntəqəsinə alışacaqlar”.

Tarix
2023.04.27 / 23:43
Müəllif
Axar.az
Digər xəbərlər

Tarixdə ilk: Bakı və İrəvan eyni vaxtda Kremlə qarşı...

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla