Yuxarı

ABŞ-dan Türkiyə ilə bağlı inanılmaz etiraf

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Millinin fövqəldövlətlərlə bağlı etirafı müəyyən müzakirələr doğurub.

Axar.az xəbər verir ki, Mark Milli hazırda dünyanın çoxqütblü olduğunu bildirib və 3 fövqəldövlətin adını çəkib.

Onun fövqəldövlətlər sırasında ABŞ və Çinlə bərabər, Rusiyanın adını hallandırması isə birmənalı qarşılanmayıb. Belə ki, fövqəldövlət statusu üçün ölkələrin hərbi qüdrəti ilə parallel, iqtisadi gücü və dünyada siyasi, iqtisadi və hərbi təsir imkanları birlikdə qiymətləndirilir. Rusiya böyük əraziyə və nüvə arsenalına sahib olsa da, onun ərazisinə adekvat olmayan əhalisi var və iqtisadi imkanları da yetərincə deyil. Üstəlik, sanksiyalar səbəbindən Rusiyanın iqtisadi təcridi prosesi onun təsir imkanlarını da daraldır.

Buna baxmayaraq, Rusiyanın fövqəldövlət sayılmasının səbəbləri sırasında ABŞ-ın Ukraynadakı müharibədə Kremlin gücünü və Rusiya iqtisadiyyatının bu qədər ağır sanksiyalara immunitetinin etirafı amili aktuallaşıb.

Mark Millinin ən ciddi reaksiya doğuran fikri isə “bəzi dövlətlərin öz regionlarında getdikcə daha əhəmiyyətli rol oynaması” vurğusudur. ABŞ-ın Qərargah rəisi bir müddət sonra onların da supergüc statusuna iddia etməyə başlayacaqlarının anonsunu verib.

Maraqlıdır, Mark Milli hansı ölkələrə işarə edir?

Politoloqların fikrincə, ilk növbədə Türkiyə nəzərdə tutulur. Ərdoğan Türkiyəsi Liviyadan Orta Asiyaya qədər geniş coğrafiyada öz təsirini genişləndirməyə başlayıb, eyni zamanda, Suriya, Liviya, Cənubi Qafqaz münaqişələrində əsas söz sahibi kimi tarixə keçən addımlara müəlliflik edib.

Türkiyə son illər ilk dəfə olaraq xaricdə hərbi baza yaratması ilə də diqqət çəkir. Artıq ən azı 3 ölkədə Türkiyənin rəsmi şəkildə hərbi bazaları var. İndiyə qədər Türkiyə Cümhuriyyətinin sərhədlərindən kənarda bazaları olmamışdı.

Türkiyə hətta Avropanın göbəyində də münaqişələrin çözülməsində həlledici rol oynayır. Kosovada baş verən gərginlik zamanı həm serb, kəm də Kosova lideri məhz Ərdoğana yardım üçün açıq şəkildə müraciət etdi ki, bu da təsadüfi deyildi. NATO-nun ikinci ən qüdrətli ordusuna sahib olan Türkiyə bu münasiqəşənin də həllinə töhfə verməyə başlayıb və NATO missiyasını öz əsgərləri ilə gücləndirib. Artıq Türkiyə NATO-nun Kosovadakı kontingentinə də komandanlıq edəcək.

Cənubi Amerika qitəsinə (Venesuelanın timsalında) qədər genişlənən Türkiyənin Afrika ölkələri ilə əlaqələri sıxlaşdırması, o cümlədən ərəb ölkələri daxilində artan nüfuzu ilə paralel Türk Dövlətləri Təşkilatında müstəsna rolu da Ankaranı yaxın onillikdə hədəfinə yaxınlaşdırır. Xüsusilə hərbi sənayenin inkişafı, TDT-nin lider ölkəsi kimi qəbul edilməsi Türkiyənin iddialarını gerçəkləşdirmə yolunda mühüm faktlar sayılır.

Bu baxımdan Mark Millinin Türkiyəni nəzərdə tutuduğu ehtimal edilir və belə görünür ki, ABŞ artıq Türkiyənin supergüc (fövqəldövlət) olması faktı ilə razılaşmaq niyyətindədir.

Tarix
2023.06.09 / 13:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla