Yuxarı

Niyə Türkiyədə 800, bizdə 1600 bələdiyyə var?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçki Məcəlləsində bələdiyyə seçkiləri ilə bağlı müəyyən məsələlər sadələşdirilməlidir. Birinci növbədə bələdiyyələrin sayı hədindən artıq çoxdur, azaldılmalıdır. Türkiyə kimi dövlətdə təxminən 800 bələdiyyə var, bizdə 1600. Türkiyədə və Avropada bir şəhərə bir nəfər bələdiyyə seçirlər, o, işiylə məşğul olur. Bələdiyyə sədrlərinin də xalq tərəfindən seçilməsinin Məcəllədə əksini tapmasını istəyirik. Digər məsələ odur ki, namizəd olmaq üçün tələb olunan sənədlər çoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Siyavuş Novruzov prezidentliyə namizədlə bələdiyyə üzvünə namizədlərin təxminən eyni sənədlər təqdim etməli olduğunu söyləyib:

“Bu cür sənədlərin yığılması çətinlik yaradır. Növbəti seçkilərdə azad edilmiş ərazilərimizdə də bələdiyyətləri formalaşdıracağıq. Orada da nümunəvi bələdiyyələrin formalaşdırılması üçün əsaslar yaranmalıdır”.

Tarix
2024.02.01 / 12:08
Müəllif
Axar.az
Digər xəbərlər

Nazir Rahim Hüseynova yüksək vəzifə verdi

Kapital Bank bu tələbələr üçün təqaüd proqramına start verdi

Əli Əsədov Pakistanın neft naziri ilə görüşdü

İlham Əliyev Con Ardilli qəbul etdi

Prezident 1 sərəncam, 1 fərman imzaladı

Prezident Olivye Le Peşi qəbul etdi

İlham Əliyev Bakı Ekspo Mərkəzində... - Foto

İlham Əliyev Pakistanın neft nazirini qəbul etdi

Sabah Bakıda mühüm konfrans baş tutacaq

Prezident Məhəmməd Əbunəyyanı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla