Yuxarı

AP-də italyan və alman deputatlar Bakıya qarşı…

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
AP-də italyan və alman deputatlar Bakıya qarşı…

Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini təəssüf ki, davam etdirir. Avropa Parlamentinin sonuncu iclasında italiyalı Fabio Kastaldo və almaniyalı Viola Kramon öz çıxışlarında 30 il Azərbaycan torpağını işğal altında saxlayan və həmin əraziləri tamamilə dağıdıb xarabalığa çevirən Ermənistana dəstək olmaqla yanaşı, ölkəmizə qarşı təhdidlərə də cəhd göstəriblər.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

O bilditib ki, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edən Azərbaycanın antiterror əməliyyatlarını “hərbi aqressiya” kimi qələmə vermək nəinki ədalətsiz və qərəzli mövqedir, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlikdir:

“Azərbaycan öz suveren hüquqları çərçivəsində ərazi bütövüyünü bərpa edib. Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri bir daha təsdiq etdi ki, qalib xalq Müzəffər Ali Baş Komandanının siyasətini tam dəstəkləyir. Azərbaycanın həyata keçiridiyi siyasət regionda sülh və təhlükəsizliyin güclənməsinə xidmət edir.

Azərbaycan dövləti istənilən xarici təhdidlərə və revanşist meyillərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin birliyimizin yaratdığı üstünlükdür. Güclü Azərbaycan dövlətinin yanında məğrur Azərbaycan xalqı var.

Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirir. Saxta dəyərlərlə regionda sülhə töhfə vermək olmaz”.

Tarix
2024.02.28 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla