Yuxarı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2024-cü il aprelin 21-də Maldiv Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə paytaxt Male şəhərinə səfərə yola düşüb.

Axar.az xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.

"Mərkəzi Seçki Komissiyası nümayəndə heyətinin sözügedən seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirakı Maldiv Respublikası Seçki Komissiyası sədrinin dəvətinə əsasən reallaşdırılır.

Səfər zamanı Mərkəzi Seçki Komissiyasının nümayəndələri parlament seçkilərinə hazırlıqlarla tanış olacaq və səsvermə məntəqələrində seçki günü prosedurlarını müşahidə edəcəklər.

Səfər çərçivəsində sədr Məzahir Pənahovun Maldiv Respublikası Seçki Komissiyasının sədri Fuvad Tovfeek, habelə seçkilərin müşahidəsinə qatılan təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, qurumlararası əməkdaşlıq imkanları, əlaqələrin dərinləşdirilməsinin inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı müzakirələr aparması da nəzərdə tutulur", - məlumatda qeyd olunub.

Tarix
2024.04.19 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu şəxslərin maaşları artacaq - Qərar

Bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarının diqqətinə!

Ceyhun Bayramov rumıniyalı nazirlə danışdı

Bayramov Pier-İv Fuksu qəbul etdi

Rusiya AZAL təyyarəsinə görə kompensasiya verəcək

Magyar Bakıya münasibətdə Orban ola biləcəkmi?

Latviya prezidenti Azərbaycana gəlir

ABŞ və Azərbaycan rəsmiləri görüşdü

Bakı Moskvanın bundan istifadəsinə icazə verdi - Klimov

İranın təzminat tələbi qanunidirmi? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla