Yuxarı

800 minlik YAP-la mübarizə aparmaq… - Həsənquliyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
800 minlik YAP-la mübarizə aparmaq… - Həsənquliyev

Açıq söyləyək, YAP-ın 800 minə yaxın üzvü, maliyyəsi, inzibati resursları var. Üstəgəl, YAP xalqımızın qarşısında duran tarixi bir problemi həll edib. Qarabağ nəinki işğaldan azad edilib, həm də birdəfəlik erməni separatizminə son qoyulub. Artıq Ermənistanla dinc, yanaşı yaşaya bilməyimiz üçün imkan yaradılıb. Yəni elə bir vəziyyət yaradılıb ki, böyük güclər etnik məsələdən qarşıdurma yaratmaq üçün istifadə edə bilməsinlər, bizim aramızda etnik düşmənçiliyə, nəhayət, son qoyulması üçün şərait formalaşdırılıb. Bütün bu məsələləri hakim partiya, sözsüz ki, Prezidentin liderliyi ilə, cərrahiyyə yolu ilə çözüb. Bu da çox önəmli, vacib faktordur. O baxımdan YAP-ın cidd-cəhdlə müdafiə etdiyi namizədləri udmaq doğrudan da çox çətin məsələdir.

Axar.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev “Yeni Müsavat”a geniş müsahibəsində deyib.

O bildirib ki, buna görə YAP-ın 83-dən artıq dairədən namizəd irəli sürməməsi haqda təklif vermişdi:

“Biz YAP-ın qiymətini veririk, amma deyirik ki, parlamentdə fraksiyalar olmalıdır, başqa siyasi qüvvələr təmsil olunmalıdır, ölkədə çoxpartiyalılığın inkişafına təkan vermək üçün... Hikmət Babaoğlu bizim partiyaya cavab vermişdi ki, istəyirlərsə çox üzvləri olsun, yaxşı çalışsınlar, camaatla yaxşı işləsinlər. Əlbəttə, onun dediyində həqiqət var, partiyalar əhali ilə yaxşı işləməyə çalışmalıdır. Amma iqtidarın da, hakim partiyanın da borcudur ki, elə islahatlar aparsın, qərarlar qəbul eləsin ki, digər partiyalar inkişaf eləyə bilsin. Yəni əgər bir ölkədə parlamentə müxalifət düşməyəcəksə, bu, həmin iqtidarın uğuru sayılmamalıdır ki, bax, görürsünüz, biz o qədər güclüyük ki, bir dənə də müxalifət parlamentə düşə bilmir. Ona görə də Hikmət Babaoğlu bir tərəfdən haqlıdır ki, bəli, biz partiyalar işləməliyik, digər tərəfdən isə iqtidar da öz üzərinə düşənləri eləməldidir. Biz ona görə YAP-a müraciət etmişdik ki, 83-dən artıq dairədən namizəd irəli sürməyin. Onsuz da qanunlar 63 səs çoxluğu ilə qəbul olunur, konstitusion qanunlar isə 83 səs çoxluğu ilə qəbul olunur”.

Tarix
2024.07.18 / 14:43
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla