Yuxarı

Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı

Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun üç kəndində pay torpaq sahələrinin su altında qalmasına səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə İmişli rayonunun Məmmədli kənd bələdiyyəsinin sədri Rəfael Əyyubov bildirib.

Onun sözlərinə görə, Məmmədli bələdiyyəsinə daxil olan Əlyetməzli kəndində 82 nəfərə məxsus 40 hektar, Telişli kəndində 60 nəfərə məxsus 20 hektar, Məmmədli kəndində isə 40 nəfərə məxsus 10 hektar pay torpağı su altında qalıb.

Qeyd edək ki, daha əvvəl də Kür çayında su səviyyəsinin artması nəticəsində İmişli rayonunda 400 hektardan çox əkin sahəsi su altında qalmışdı. Belə ki, rayonun Ağamalılar kəndində 40, Telişli kəndində 35, Əlyetməzli kəndində 225, Məmmədli kəndində isə 16,62 hektar əkin sahəsi suların təsirinə məruz qalıb.

Tarix
2026.05.02 / 22:12
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Daşkənd İlham Əliyevin səfərinə belə hazırlaşır - Video

ABŞ Azərbaycan vətəndaşları ilə bağlı qadağanı ləğv etdi

Rusiyada köməksiz qalan həmyerlimizlə bağlı açıqlama

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla