Yuxarı

Belə olmamalıdır, ciddi qərarların qəbuluna ehtiyac var

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belə olmamalıdır, ciddi qərarların qəbuluna ehtiyac var

Hökumət dövlətin idman siyasətinə yenidən baxmalıdır. Federasiya prezidentləri mərkəzi icra hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin rəhbərləri olmamalıdır. Onlar öz işləri ilə məşğul olmalıdırlar.

Axar.az xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyev Paris Olimpiadasının nəticələri ilə bağlı açıqlamasında deyib.

“Legionerlərin milliləşdirilməsi təcrübəsinə son qoyulmalıdır. Olimpiadada bizi təmsil edən milliləşdirilmiş idmançıların sayı soydaşlarımızdan dəfələrlə çox idi. Bu reallıq ölkəmizdə idmanın inkişafının göstəricisi sayıla bilməz. Federasiya rəhbərləri milliləşdirilmiş idmançılardan tələb etməlidir ki, ən azından kurslara yazılıb, dövlət dilində bir neçə kəlmə deməyi, öz azarkeşlərinə təşəkkür etməyi, yaxud onlardan üzr istəməyi öyrənsinlər. Çoxlarına bu kimi məqamlar çox kiçik görsənsə də, azarkeşlərdə narazılıq yaradır. Biz özümüz idmançı hazırlamalı, uşaq idmanının inkişafı üçün dövlət proqramı qəbul etməliyik. Vəsait xarici idmançı cəlb etməyə yox, daha çox bu istiqamətə yönəldilməlidir. Avropa kubokları uğrunda yarışlara qatılan futbol klublarımıza baxın, meydana yalnız bir, ən yaxşı halda iki yerli futbolçu çıxır. Belə olmamalıdır, vəziyyəti dəyişmək üçün ciddi qərarların qəbuluna ehtiyac var”, - millət vəkili bildirib.

Tarix
2024.08.11 / 14:38
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla