Yuxarı

Berbokun Bakıya qarşı ittihamları... – Prezidentin köməkçisi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Berbokun Bakıya qarşı ittihamları... – Prezidentin köməkçisi

COP29 uğurla başa çatıb və digər mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə qlobal iqlim fəaliyyəti tarixində “Bakı sıçrayışı” kimi öz damğasını vurub.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X səhifəsində yazıb.

“Bununla belə, danışıqların ən kritik və çətin anlarında, inkişaf etməkdə olan dünya və Qlobal Cənub Avropa İttifaqından və daha çox Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Berbokun COP29-a sədrlik edən Azərbaycana və konvensiyanın digər tərəflərinə qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi.

Təəssüf ki, xanım Berbok Almaniyada keçiriləcək seçkiləri daxili siyasət kimi son dərəcə mürəkkəb çoxtərəfli diplomatiya ilə qarışdırır, ola bilsin ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə çalışır.

O, həmçinin nəzərə almalı idi ki, bu çətin danışıqlar Avropanın liderlik nümayiş etdirə bilmədiyi və dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verib. Lakin biz Almaniya və Avropa Birliyinin iqlim danışıqları qruplarının peşəkar töhfəsini və əməkdaşlığını tanıyırıq.

Dünya gördü ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi, nəticələr əldə etmək üçün vicdanlı vasitəçi kimi çıxış edib”, – o qeyd edib.

Tarix
2024.11.24 / 10:36
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Mişustinlə danışdı

Bu nazir Bakıdan İrəvana getdi

Hikmət Hacıyev NATO rəsmiləri ilə görüşdü

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirildi

Arakçının Azərbaycana səfərinin tarixi açıqlandı

Putin Hindistandan nə istəyir? - Ekspert

Türkiyənin müdafiə ixracatı 5 ildə bu cür artıb

İlham Əliyev Tailand kralını təbrik etdi

Güneydən 183 yazarın müraciəti: AYB iclas keçirəcək

Fazil Mustafa Suada qahmar çıxdı - “Məhsəti” müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla