Ana səhifə Siyasət |
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianla siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi sosial şəbəkədə yazıb.
“Tehrana səfər çərçivəsində İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianla görüşdüm. Görüşdə Bakıda aparılmış müzakirələrin davamı olaraq iki ölkə arasında siyasi, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apardıq və Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyətini xüsusilə qeyd etdik”, – o bildirib.
Qeyd edək ki, Hikmət Hacıyev İranda səfərdədir.
Tarix
2025.02.02 / 11:49
|
Müəllif
Axar.az
|