Yuxarı

Ticarət müharibəsi başladı: 3 ölkə ABŞ-a qarşı çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ticarət müharibəsi başladı: 3 ölkə ABŞ-a qarşı çıxdı

ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Çin məhsullarına tariflərin artırılması barədə gözlənilən sərəncamı imzaladı. Bu sərəncama görə, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq ediləcək. Sərəncamın icrasına fevralın 4-dən başlanılacaq.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

“Donald Trampın ticarət siyasəti üzrə müşaviri Piter Navarro bildirib ki, əgər Kanada, Meksika və Çin cavab tədbirləri görərlərsə, Vaşinqton bu 3 ölkənin məhsullarına rüsumları daha da artıracaq. Beləliklə, Tramp hələ noyabr ayında bu 3 ölkəyə qarşı yüksək rüsum tətbiq edəcəyi xəbərdarlığını reallaşdırdı. Tramp bu qərarını həm də qanunsuz miqrasiya ilə mübarizə və qonşu ölkələrdən fentanil narkotik maddənin ABŞ-a daxil olmasının qarşısının alınmasıyla izah edib. Sadəcə, bu iki məsələnin digər məhsullara yüksək rüsumların tətbiqi ilə nə əlaqəsinin olduğunu Ağ Evdə izah edən olmayıb”, - o bildirib.

Politoloqun sözlərinə görə, Ağ Evin hədələrinə baxmayaraq, yüksək tariflərə məruz qalan Kanada, Meksika və Çin cavab tədbirləri planlaşdırırlar:

“Blumberq” agentliyinin xəbərinə görə, Kanada 105 milyard dollar dəyəri olan ABŞ məhsullarına rüsumları artıracaq. Bu barədə Kanadanın xarici işlər naziri amerikalı həmkarı ilə telefon söhbətində əvvəlcədən xəbərdarlıq etmişdi. Meksikanın iqtisadiyyat naziri isə açıqlama verərək, yüksək tariflərin ABŞ-ın avtomobil şirkətlərinə mənfi təsir edəcəyini bildirib. Məsələ burasındadır ki, ABŞ-ın “General Motors” və “Ford Motor” şirkətlərinin pikaplarının 88 faizi Meksikada istehsal edilir.

Çin də cavabını gecikdirməyib. Çinin ABŞ-dakı səfirliyi bəyanat yayaraq, Vaşinqtonla Pekin arasında başlanan ticarət müharibəsində qalibin olmayacağını bildirib. “ABŞ bazar iqtisadiyyatının prinsiplərinə hörmət etməlidir” deyilən bəyanatda iki dövlət arasında iqtisadi və ticarət əməkdaşlığına əngəllər yaradılmasının mənfi nəticələri barədə xəbərdarlıq edilib. Buna baxmayaraq, Çinin ABŞ-a qarşı kəskin addımlar atmayacağını söyləyənlər də var. Pekin Donald Trampın tarifləri artıracağını gözləyirdi. Bütün hallarda ABŞ-Çin münasibətlərində stuktur problemlər mövcuddur və bunlar danışıqlar predmetidir".

Tarix
2025.02.02 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

Bu qürurlu gündə İlham Əliyevə salamlarımı çatdırıram

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla