Yuxarı

Gəncədə 12 yaşlı oğlan xəstəxanada öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə 12 yaşlı oğlan xəstəxanada vəfat edib.

Axar.az Report-a istinadla xəbər verir ki, Gəncə şəhərində 12 yaşlı M.B. yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan bildirilib ki, 01.02.2025–ci il tarixində saat 19:00 radələrində 2013-cü il təvəllüdlü (kişi cinsli) şəxs huşsuz vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün 02.02.2025-ci il tarixində saat 03:20 radələrində Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

Dəqiqləşdirilməmiş miningizm, qıcolma sindromu diaqnozu ilə müvafiq şöbəyə yerləşdirilən pasiyentin göstərilən reanimasiyon tədbirlərə baxmayaraq, 08:00 radələrində ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2025.02.02 / 12:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Tehran arasında razılıq əldə olundu - Hacıyev

Hacıyev Tehrana bu mesajları çatdırır – 4 vacib məqam

Azərbaycan yenə haqlı çıxdı - Ermənilərdən etiraf

Mehriban Əliyeva gəncləri təbrik etdi

Hikmət Hacıyev Əli Əkbər Əhmədianla görüşdü

Zəngəzurun verilməsi prosesi başladı – “Hraparak”

Zirəddinin Azərbaycan proqnozu: Aprel-iyul aylarında…

“Qarabağ” mahnısını yayan erməni azad edildi – Video

İrəvanda “Qarabağ” oxuyan azərbaycanlını şərləyib tutdular

Astara yük terminalı nə vaxt istifadəyə veriləcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla