Yuxarı

Bakıya dəstək verməyə hazırıq - Rəvançi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıya dəstək verməyə hazırıq - Rəvançi

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması iki ölkə və region üçün çox vacibdir.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi deyib.

“Biz Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasının tamamlanmasını eşitdikdə çox sevindik, çünki illər boyu qan və düşmənçilikdən sonra artıq iki ölkənin diqqətini gələcəkdə iki millətin inkişafına yönəltmək vaxtıdır.

Biz onların işlərinə müdaxilə etmək istəmirik. Özləri qərar verməlidirlər, amma bizim qiymətləndirməmizə görə, nə qədər tez bu sənəd imzalansa, o qədər yaxşı olar, çünki keçmiş keçmişdə qalır, biz gələcəyə fokuslanmalıyıq.

Biz hər iki millətin inkişafına dəstək verməyə hazırıq. İran həm Ermənistan, həm də Azərbaycanla dostluq münasibətləri olan bir ölkə olaraq bu sazişin imzalanması üçün lazım olan bütün işləri görməyə hazırdır. Biz hesab edirik ki, hər iki ölkə bu fürsətdən istifadə etməlidir. Sənəd hazır olduğu mərhələdə, onu imzalamaq və gələcəyə doğru irəliləmək daha yaxşıdır.

Ümid edirik ki, bu hadisə keçmişdə qaldı. Biz müharibənin və münaqişənin bu regiona qayıtmasına imkan verməməliyik. Ümid edirik ki, belə də olacaq”, – deyə o əlavə edib.

Tarix
2025.04.14 / 21:10
Müəllif
Axar.az
Digər xəbərlər

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

Putin buna görə İlham Əliyevə təşəkkür etdi

Rusiya buna görə Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla