Yuxarı

Azərbaycan nümayəndə heyəti Rusiyada mühüm forumda - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan nümayəndə heyəti Rusiyada mühüm forumda - Foto

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti “Rusiya-İslam dünyası: Kazan Forum-2025” XVI Beynəlxalq İqtisadi Forumunda iştirak edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, builki forum “Rəqəmsallaşma: yeni reallıq və əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar” mövzusuna həsr olunub. Kazan Forumunun müxtəlif platformalarında beynəlxalq tərəfdaşlıq, maliyyə və investisiyalar, nəqliyyat logistikası, turizm, təhsil, tibb sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan Baş nazirinin müavini plenar iclasda iştirak edib və Azərbaycanda rəqəmsallaşmanın inkişafı, ölkədə bu sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində Şahin Mustafayev yüksəkvəzifəli rəsmi şəxslərlə bir sıra ikitərəfli görüşlər keçirib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev, həmçinin “DP World” şirkətlər qrupunun sədri və baş icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə danışıqlar aparılıb.

Görüşlərdə ölkələr arasında iqtisadi əməkdaşlığın perspektivləri, o cümlədən ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, regional qurumlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Ticarət, investisiya və rəqəmsal texnologiyalar sahələrində birgə təşəbbüslərə xüsusi diqqət yetirilib.

Nümayəndə heyəti Forum çərçivəsində məhsul və xidmətlər sahəsində milli nailiyyətlərin nümayiş etdirildiyi “Russia Halal Expo” beynəlxalq sərgisində təqdim olunan Azərbaycan stendinə də baş çəkib

Tarix
2025.05.19 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Bağırov müharibə iştirakçısına yüksək vəzifə verdi

Azərbaycandan benzin idxalı: İrəvan 2,6 milyon qənaət edəcək

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür etdi

Prezidentin çıxışından sonra telekanallar hərəkətə keçdi

AMEA-da yeni təyinatlar oldu

Minlərlə şəxs ödənişdən azad edilir - Vacib qərar

Anar Əsədli və Oqtay Qasımov arasında qarşıdurma

Nəsimi Nəbizadənin qardaşı həbs olundu

Azərbaycanda bu vəzifələr ləğv olundu

Ölkədə bu şəxslərə ödənişlə bağlı müqavilə forması dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla