Yuxarı

Azərbaycanlı mükafat aldı, səfir İran XİN-ə çağırıldı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı mükafat aldı, səfir İran XİN-ə çağırıldı

Fransanın Tehrandakı müvəqqəti işlər vəkili Fransanın xarici işlər nazirinin Güney azərbaycanlı kinorejissor Cəfər Pənahinin “Qızıl Palma budağı” mükafatı ilə bağlı söylədiyi fikirlərə etiraz olaraq İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Vəkilin diqqətinə çatdırılıb ki, Fransa xarici işlər nazirinin bəyanatı İranın daxili işlərinə açıq-aşkar müdaxilə kimi qiymətləndirilib və ölkə İslam Respublikasına qarşı siyasi qərəzini irəli sürmək üçün kino tədbirinə ev sahibliyi etmək fürsətindən istifadə edib.

Qeyd edək ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro X sosial şəbəkəsindəki paylaşımında ​​Cəfər Pənahinin “Qızıl Palma budağı” mükafatını qazanmasını İranın repressiyalarına qarşı müqavimət əlaməti və dünyanın bütün azadlıq mübarizləri üçün bir ümid kimi qiymətləndirib.

Tarix
2025.05.25 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

NATO-nun xüsusi nümayəndəsi Bakıya gələcək

İranlı biznesmenlər Bakıya axışır: Bu iki məsələ...

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla