Yuxarı

Bayramov Qətərin dövlət naziri ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

29 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin Xarici İşlər Nazirliyinin dövlət naziri Muhəmməd bin Əbdüləziz bin Saleh əl-Xuleyfi ilə görüşüb.

XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Qətər əməkdaşlığının perspektivləri, ikitərəfli və çoxtərəfli gündəlikdə duran məsələlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə edilib.

Ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində mövcud potensialdan istifadənin vacibliyi vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH), habelə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı dəstək və həmrəyliyin davam etdirilməsinin zəruriliyi qeyd olunub. Ölkəmizin növbəti ildə İƏT sammitinə sədrliyi çərçivəsində əməkdaşlıq imkanlarından bəhs olunub.

Ötən il ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində verilmiş qərarların əhəmiyyəti qeyd olunub, iqlim maliyyəsi mövzusunda əldə olunmuş bu nailiyyətlərin iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal fəaliyyətə töhfə olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi keçmiş münaqişənin və Ermənistanın işğal siyasətinin nəticələri, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.

Regional sülh quruculuğu prosesinin qarşısında duran çağırışlar və maneələrdən bəhs edən nazir Ceyhun Bayramov Ermənistan konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdirildiyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.05.29 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bank kartı olanlar oxusun: təhlükə var - Yeni üsul

Coşua Hak Azərbaycana gəldi

Bizim İsrailə xüsusi rəğbətimiz var - General

Ceyhun Bayramov Stiv Deynslə görüşdü

Ərdoğan Zəngəzur açıqlamasına Tehrandan "dolayı" cavab

Azərbaycan - ABŞ iqtisadi-ticari əlaqələri müzakirə olundu

Bakı və Pekin yeni tarixi səhifə açır - Səfir

Finlandiya prezidenti İlham Əliyevi təbrik etdi

Tramp ən yaxın adamını Bakıya göndərdi - 3 hədəf…

Belousovun Zəngəzur xəbərdarlığı: Kreml nəyə hazırlaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla