Yuxarı

Siyasi poliqon və ya xalqın məzarına çevrilən ölkə...

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siyasi poliqon və ya xalqın məzarına çevrilən ölkə...

Yaxın Şərqin səssiz harayı olan Yəmən artıq onilliklərdir ki, qan içində boğulur. Bu ölkənin dağılmış şəhərləri, dağıdılmış məktəbləri, bomboş süfrələri və səssiz qalmış beşikləri bugünümüzün ən dərin insan dramlarından birinə şahidlik edir.

Söhbət sadəcə müharibədən deyil, söhbət bir xalqın göz görə-görə məhv edilməsindən, bir vətənin böyük güclərin oyun masasına çevrilməsindən gedir.

Yəməndə 2014-cü ildə alovlanan və bu günə qədər sönməyən vətəndaş müharibəsi rəsmi şəkildə daxili qarşıdurma adlansa da, gerçəkdə bu, bölgənin geosiyasi rəqiblərinin - İran və Səudiyyə Ərəbistanının birbaşa müdaxilə etdiyi müasir kolonial müharibədir.

İran özünü şiə inancını müdafiə edən kimi göstərib Husi silahlılarını silahlandırır, Səudiyyə isə sünni koalisiyası adı altında hava zərbələri endirir, blokadalar yaradır. Ortada isə nə şiə qalır, nə sünni, yalnız aclıqdan gözləri bərəlmiş uşaq meyitləri, anaların fəryadı, dağılmış xəstəxanalar və viranə şəhərlər...

Bura artıq bir poliqondur. Silahların sınaqdan keçirildiyi, qlobal geosiyasətin nəbzinin tutulduğu, insan həyatının isə heçə sayıldığı bir yer.

Yəməndə davam edən faciə dini kimliklər üzərindən aparılan siyasətin necə böyük bir vəhşətə çevrilə biləcəyinin canlı sübutudur. Əsrlərdir bir arada yaşayan insanlar indi sırf hansı məzhəbdə olduqlarına görə bir-birini qırırlar, ya da buna zorla məcbur edilirlər.

Məzhəbçiliyin siyasi məqsədlərlə alətə çevrildiyi bu coğrafiyada insan öz insanlığını itirib. Bu, dinin deyil, din adı altında yalanın və ikili standartların qələbəsidir.

Dünya isə Yəməni ya görmür, ya da görmək istəmir. BMT-nin sönük çağırışları, Qərbin selektiv insan haqları ritorikası bu dəhşətli səssizliyə haqq qazandıra bilməz. İnsanlıq Yəməndə bir dəfə yox, hər gün ölür.

Bu ölümlərə susmaq, bu dağınıqlığa göz yummaq birbaşa iştirak qədər ağır günahdır. Yəmən sadəcə bir ərəb ölkəsi deyil. O, insanlığın birgə imtahanıdır.

Bu torpaq bizə yad deyil. Əsrlər əvvəl Osmanlı əsgərləri də bu torpaqlarda can verdilər. İmperiyanın uzaq sərhədlərində döyüşən türk əsgərlərinin xatirəsi hələ də Yəmən torpaqlarında dolaşır.

Onların acı taleyini “Yəməndə hava isti” deyə başlayan o kədərli türkü nə qədər gözəl ifadə edir:

Yəməndə hava isti

Gül açmır, bülbül ötməz

Şəhid olan əsgərlərə

Bir acı fatihə yetməz…

Bu gün Yəmən təkcə Yaxın Şərqin deyil, bəşəriyyətin ümumi dərdidir. Bu dərdi unutmaq öz vicdanımıza xəyanət etməkdir.

Yəməndə gül açmasa da, bir gün ədalət açsın. Bu məzlum xalq öz evində, öz yurdunda yaşamağa layiqdir. Dünya səssizliyini pozmalı, Yəmənə yalnız baxmamalı və onun əlindən tutmalıdır.

Tarix
2025.07.25 / 11:13
Müəllif
Samir Əsədli
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla