Yuxarı

Əliyev Birləşmiş Ştatların etibarlı müttəfiqidir - Piter Teys

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev Birləşmiş Ştatların etibarlı müttəfiqidir - Piter Teys

Donald Trampın administrasiyası Azərbaycan Prezidenti İlham Əliyevin dinamik dövlət idarəçiliyi üslubunu, həmçinin çiçəklənən və məhsuldar ABŞ-Azərbaycan tərəfdaşlığı ilə bağlı strateji baxışını yüksək qiymətləndirir.

Axar.az xəbər verir ki, bu barədə Report-a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.

Ekspertin sözlərinə görə, İlham Əliyev Birləşmiş Ştatların etibarlı müttəfiqidir.

P.Teys qeyd edib ki, bu xüsusilə Azərbaycan Prezidentinin III Şuşa Qlobal Media Forumundakı çıxışı zamanı aydın şəkildə özünü göstərib:

“Prezident İlham Əliyev vurğulayıb ki, rəsmi Bakı Trampın dünyada, o cümlədən Cənubi Qafqaz regionunda sülh və sabitliyin möhkəmləndirilməsi ilə bağlı baxışını və səylərini dəstəkləyir”.

Ekspert bildirib ki, III Şuşa Qlobal Media Forumu - kütləvi informasiya vasitələri, dezinformasiya, təbliğat və informasiya müharibələri ilə mübarizə ilə bağlı aktual məsələlərin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq tədbirlərdən biridir:

"Şuşa Azərbaycanın tarixi torpağı, Azərbaycan mədəniyyətinin beşiyi, İkinci Qarabağ müharibəsindən sonra isə həm də qlobal beynəlxalq proseslərin müzakirəsinin əsas mərkəzidir. Donald Trampın Prezident İlham Əliyevin III Şuşa forumundakı çıxışının bir hissəsini paylaşması iki prezidentin liderlik üslubunda və strateji düşüncəsində oxşarlığı göstərən əhəmiyyətli bir nailiyyətdir".

Ekspert, həmçinin qeyd edib ki, Donald Trampın dövründə Ağ Ev region ölkələrinin geosiyasi maraqlarını nəzərə alır:

“Bu maraqlar Barak Obama və Cozef Bayden administrasiyaları tərəfindən nəzərə alınmırdı”.

Tarix
2025.07.25 / 11:46
Müəllif
Axar.az
Digər xəbərlər

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla