Yuxarı

Cənubda 100 min hektarlıq park yaradılacaq

Ana səhifə Digər Təbiət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənubda 100 min hektarlıq park yaradılacaq

Azərbaycanda bioloji müxtəlifliyin qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin (XMOTƏ) şəbəkəsinin genişləndirilməsi və mövcud şəbəkələrdə mühafizə işinin təşkili, o cümlədən milli parklarda ekoturizmin inkişafına xüsusi diqqət yetirilir. Ötən il bioloji müxtəlifliyin qorunması və inkişafı sahəsində aparılan işlər davam etdirilib. Hazırda Azərbaycanda 9 milli park, 11 qoruq, 24 yasaqlıq fəaliyyət göstərir. XMOTƏ-nin sahəsi 893 min hektardır. Bu da Azərbaycan ərazisinin 10.3 faizini təşkil edir. Yeni ərazilərin yaradılması, bəzi ərazilərə qoruq, milli park statusu verilməsi istiqamətində işlər gedir.

Bu barədə Azərtac-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor əvəzi Hikmət Əlizadə məlumat verib.

Azərbaycanın cənub regionunda sahəsi 88 min hektar olan Qızılağac Dövlət Təbiət Qoruğu fəaliyyət göstərir. Qoruq həm turizm baxımından önəmlidir, həm də qiymətli quş, balıq növlərinin qışlama yeridir. H.Əlizadə bildirib ki, qoruğun ərazisində sahəsi 100 min hektar olan Qızılağac Dənizkənarı Milli Parkının yaradılması istiqamətində işlər aparılır. Yaxın illərdə işlər yekunlaşacaq və milli parkın müəyyən hissəsi ekoturistlərin üzünə açıq olacaq.

Tarix
2017.01.19 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla