Yuxarı

İstirahət zonalarında oğurluq edənlər saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən bu ərazilərdə fasiləsiz polis xidməti təşkil olunub.

DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyi ilə yanaşı, xüsusilə də mülkiyyət toxunulmazlığının təmin olunması məqsədilə polis əməkdaşları həm rəsmi geyimdə, həm də mülki formada aşkar və gizli şəkildə xidmət aparırlar.

Səbail rayonu ərazisində qeydə alınan 9 oğurluq faktı üzrə 5 nəfər, Sabunçu rayonunda 3 avtomobildən oğurluq faktı üzrə 1 nəfər saxlanılıb.

Tədbirlərlə nəzarətsiz qaldığına görə oğurlanan əşyalar — çantalar, qızıl-zinət əşyaları və müxtəlif məbləğlərdə pul vəsaitləri, şüşələri açıq qalan avtomobillərdən talanan digər qiymətli əşyaların zərərçəkən şəxslərə qaytarılması təmin olunub.

Bununla yanaşı, Xəzər, Sabunçu, Sumqayıt, Lənkəran, Xaçmaz şəhər və rayonlarının sahilboyu istirahət zonalarında nəzarətdən yayınan 87 uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Polis əməkdaşları ölkə üzrə bütün istirahət zonalarında təhlükəsizliyin təmin olunması məqsədilə xidmətlərini davam etdirirlər.

Tarix
2025.08.03 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ABŞ-ın İsraillə bağlı bu istəyindən imtina edəcək?

Mühüm detal: Şahin Şıxlinski könüllü təslim olub - Foto

Şahin Şıxlinski Moskvada görün harada saxlanılıb...

Azərbaycan Suriyaya qaz verdi - 4 ölkədən bəyanat

Bakının bu addımı Suriyada qayıdışı sürətləndirir - Zorlu

Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi

Bakıdan Dəməşqə uzanan enerji körpüsü... – Təhlil

Azərbaycandan Suriyaya nə qədər qaz ötürüləcək?

Trampın təklifi: Putin 10 günü gözləmədən cavab verdi

Yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən... - Bayraqdar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla