Yuxarı

Bu ərazidə qəzalı binaların söküntüsünə başlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu ərazisində yerləşən keçmiş Sovetski ərazisində istismar müddətini başa vuran, qəzalı vəziyyətdə olan, şəhərin estetik görünüşünə xələl gətirən binaların söküntüsünə start verilib.

Axar.az xəbər verir ki, həm sakinlərin təhlükəsizliyi, həm də şəhərsalma baxımından əhəmiyyətli olan bu proses gələcək üçün daha səmərəli və faydalı layihələrin reallaşdırılmasına zəmin yaradır.

Mərkəzi Parkın bu günə qədər istifadəyə verilən üç hissəsi sayəsində onun ümumi sahəsi artıq 35,4 hektara çatıb.

Şəhərin mərkəzində bu qədər geniş yaşıllıq zonası yaratmaq təkcə estetik deyil, həm də ekoloji baxımdan çox böyük önəm daşıyır. Sakinlərin mədəni və rahat istirahəti üçün yaradılmış bu müasir park həm yerli əhalinin, həm də şəhərin qonaqlarının rəğbətini qazanıb. Hazırda davam edən söküntü işləri isə Mərkəzi Parkın daha da genişləndirilməsinə, yeni yaşıllıq zolaqlarının salınmasına, bir sıra sosial-ictimai əhəmiyyətli layihələrin həyata keçirilməsinə və şəhərin ümumi görkəminin daha da abadlaşdırılmasına xidmət edir.

Tarix
2025.08.07 / 10:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buludlarımızı oğurlayır - Xameneinin qəzeti

Qazaxıstan AZAL təyyarəsi ilə bağlı yekun hesabat hazırlayacaq

Vaşinqton görüşü: Hansı razılaşma olacaq? - Ekspert

Rusiyada azərbaycanlıya hökm oxundu

Bakı-İstanbul reysi təxirə salındı

Bakıda bu binalar söküləcək - Tapşırıq verildi

Saakaşvilidən Bakı açıqlaması: Yaxında tarixi hadisə olacaq

Kreml Bakı ilə dost olsaydı belə, yenə zərbə endirəcəkdi...

İran və Azərbaycan sərhəddə işlərə başlayır - NK

Azərbaycan-Belçika birbaşa hava əlaqələri yarada bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla