Yuxarı

DYP-dən sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə və əhaliyə müraciət edib.

Bu barədə Axar.az-a BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, yay fəsli ilə əlaqədar paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində artım müşahidə edilir:

"Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir. Baş Dövlət Yol Polisi İdərəsi bir daha sərnişindaşıma fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşurutlar üzrə avtobuslara iki sürücü təhkim etməyi, reysqabağı sürücülərin tibbi müayinədən keçməsinə, nəqliyyat vasitələrinin isə texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunmasını tövsiyə edir".

Müraciətdə qeyd olunub ki, sərnişinlər öz təhlükəsizliklərinə biganə qalmamalı, qanunsuz sərnişindaşımada iştirakçıya çevrilməməlidirlər:

"Nəzərə almaq lazımdır ki, qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir. Eyni zamanda, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onlar da reysqabağı tibbi müayinəsi aparılmır. Dəyərli sərnişinlər! Səfərlərinizi təsadüfi şəxslərə etibar etməyin. Bu mənzil başına sağ-salamat çatmanızın öncədən sığortalanması deməkdir".

Tarix
2025.08.07 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Narkoloji Mərkəzdə yoxlanış: Sahəsi kiçik, həkim sayı isə...

Vurulan qaz kəməri bərpa edildi, Azərbaycan qazının tədarükü...

ABŞ ordusu Zəngəzur üçün Ermənistana girsə... - Danielyan

Əsir düşdükdən sonra ermənilər məni güllələdi...

"Zəngəzur dəhlizi" yox, "Tramp körpüsü" - hazırlıqlar başlayır

İlham Əliyevi ABŞ-da o müşayiət edir - Foto

Prezidenti ABŞ-da müşayiət edən kortejin görüntüləri - Video

İlham Əliyev ABŞ-da səfərdədir - Video

Vaşinqton görüşündə bu sənədlər imzalanacaq

Azərbaycan buludlarımızı oğurlayır - Xameneinin qəzeti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla