Yuxarı

Polis dağlarda əməliyyat keçirdi: silahlı dəstə saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakən rayonunda polis əməkdaşlarının sərhədçilərlə birgə həyata keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olan, qanunsuz odlu silah-sursat saxlayan və digər ağır cinayətlər törətməkdə şübhəli bilinən 6 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, çətin relyefli yüksək dağlıq ərazilərdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 3 narkotik plantasiyası aşkarlanıb.

Çətənə kollarını əkən, əvvəllər məhkum olunmuş 54 yaşlı Tahir İsmayılov, qohumu 49 yaşlı Oktay Gülüyev və tanışları 59 yaşlı Nizami Qarayev müəyyən olunaraq saxlanılıb.

Əraziyə baxış keçirilərkən narkotik tərkibli bitkilər, qanunsuz saxlanılan 2 ədəd ov tüfəngi və digər maddi sübutlar aşkarlanıb.

Şübhəli şəxslər çətənə kollarını qazanc əldə etmək məqsədilə əkdiklərini və qulluq göstərdiklərini bildiriblər.

Həyata keçirilən digər tədbirlərlə narkotik vasitələrin dövriyyəsini təşkil edən və digər cinayətlər törədən daha 3 nəfər – Oruc Orucov, Elvin Papayev və Nasir Yetimov tutulublar.

Şöbə əməkdaşlarının qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirdikləri əməliyyat nəticəsində isə dağlıq ərazilərdə gizlədilən 2 ədəd “Kalaşnikov” avtomatı və 4 ov tüfəngi də aşkar edilib.

Əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2025.08.07 / 17:30
Müəllif
Axar.az
Digər xəbərlər

Quterreşdən Tramp-Əliyev-Paşinyan görüşünə reaksiya

Çin bu üç ölkənin birgə müəssisəsinə qoşuldu - Foto

Narkoloji Mərkəzdə yoxlanış: Sahəsi kiçik, həkim sayı isə...

Vurulan qaz kəməri bərpa edildi, Azərbaycan qazının tədarükü...

ABŞ ordusu Zəngəzur üçün Ermənistana girsə... - Danielyan

Əsir düşdükdən sonra ermənilər məni güllələdi...

"Zəngəzur dəhlizi" yox, "Tramp körpüsü" - hazırlıqlar başlayır

İlham Əliyevi ABŞ-da o müşayiət edir - Foto

Prezidenti ABŞ-da müşayiət edən kortejin görüntüləri - Video

İlham Əliyev ABŞ-da səfərdədir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla