Yuxarı

Yasamalda restoranda nöqsanlar aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Faiq Mənsim oğlu Heydərova məxsus "İzmir" restoranında plandankənar yoxlama keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd olunub ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi üzrə qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi, heyvan mənşəli məhsulların müvafiq baytarlıq sənədlərinini olmadığı, emal üçün ayrıca sahələrin təşkil edilmədiyi, manqal sahəsinin tavanında qopuqlar və soyuducuların rəflərində isə paslanma müşahidə edilib.

Faktla bağlı müəssisənin vəzifəli şəxsi barəsində inzibati protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim olunub.

Tarix
2025.08.07 / 19:17
Müəllif
Axar.az
Digər xəbərlər

Görüşün 8 avqusta təyin olunması təsadüf deyil!

Zəngəzurdan “Tramp marşrutu”: ABŞ-da nələr gözlənilir?

“Nar” bu abituriyentləri mükafatlandıracaq

Quterreşdən sabah keçiriləcək ABŞ görüşünə reaksiya

Çin bu üç ölkənin birgə müəssisəsinə qoşuldu - Foto

Narkoloji Mərkəzdə yoxlanış: Sahəsi kiçik, həkim sayı isə...

Vurulan qaz kəməri bərpa edildi, Azərbaycan qazının tədarükü...

ABŞ ordusu Zəngəzur üçün Ermənistana girsə... - Danielyan

Əsir düşdükdən sonra ermənilər məni güllələdi...

"Zəngəzur dəhlizi" yox, "Tramp körpüsü" - hazırlıqlar başlayır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla