Yuxarı

AAYDA-nın polisə tabe olmayan vəzifəli şəxsi həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) vəzifəli şəxsi inzibati qaydada həbs edilib.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, AAYDA-nın tabeliyində fəaliyyət göstərən “2 №-li X4 Yollarının Yaşıllaşdırılması və Ekologiyası“” MMC-də sahə rəisi vəzifəsində çalışan 1981-ci il təvəllüdlü Taleh Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddələri ilə protokol tərtib olunub.

Hadisə Göygöl rayonunun Köşkülü kəndində baş verib. Bildirilir ki, Taleh Məmmədov Toğana kəndində ailəsi ilə birlikdə istirahət edərkən spirtli içki qəbul edib. Daha sonra o, avtomobilin idarəsini sərxoş olduğuna görə övladına tapşırıb.

Yol-patrul xidmətinin əməkdaşları Taleh Məmmədova məxsus “Toyota Prado” markalı avtomobili saxlayıb. Bu zaman Taleh Məmmədov avtomobildən düşərək nalayiq ifadələr işlədib və polis əməkdaşına fiziki müqavimət göstərib.

Məhkəmədə verdiyi izahatda Taleh Məmmədov bildirib ki, hadisə zamanı avtomobildə ailə üzvləri - ümumilikdə yeddi nəfər olub.

Onun sözlərinə görə, yol polisi avtomobilə işarə verib və sükan arxasında olan oğlu avtomobili saxlayıb. Uşaqların qorxduğu üçün Taleh Məmmədov övladına avtomobili sürməsini tapşırdığını deyib. Daha sonra polis əməkdaşları onları evlərinin qarşısına gələrək saxlayıblar və insident baş verib.

Məhkəmənin qərarı ilə Taleh Məmmədov səkkiz gün müddətinə inzibati qaydada həbs olunub.

Tarix
2025.08.07 / 20:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, imkan vermədi ki, sülh sazişi imzalansın - Əliyev

Paşinyandan paylaşım: Cənubi Qafqazda sülh...

Zəngəzura getməliyəm - Donald Tramp

Prezident 907-ci düzəlişin ləğvindən danışdı

İlham Əliyev Paşinyana işarə etdi: Qələmi götür - Video

Marko Rubiodan tarixi sazişlə bağlı ilk açıqlama

İlham Əliyev müsahibə verir - Canlı

Azərbaycanla Ermənistan dövlətlərarası münasibətləri təsis edir

Ankaradan Bakı və İrəvan arasındakı razılaşmaya reaksiya

ATƏT-in Minsk Qrupu ləğv edilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla