Yuxarı

AZAL təyyarəsinə kənardan müdaxilə edildiyi təsdiqlənib...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlkin nəticələr Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında avqustun 8-də Milli Qəhrəman Hökümə Əliyevanın doğum günü münasibətilə Samux rayonunda keçirilən tədbirdə iştirak edən AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib.

O, H.Əliyeva ilə yanaşı, qəzaya uğrayan təyyarənin uçuş heyətinin bütün üzvlərinin qəhrəmanlıq göstərdiklərini qeyd edib:

“Bu gün özü olmadan doğum gününü qeyd etdiyimiz Milli Qəhrəman Hökümə Əliyeva, həqiqətən, böyük qəhrəmanlıq göstərib. AZAL-a məxsus sərnişin təyyarəsinin havada ciddi zərər görməyinə baxmayaraq, uçuş heyəti böyük fədakarlıq göstərərək mümkün qədər az itki ilə təyyarəni idarə edə biliblər.

İdarəetməsi çətinləşən təyyarəni 1 saat 10 dəqiqə havada saxlamaq böyük peşəkarlıq tələb edir. Ona görə də heyət üzvlərinin qəhrəmanlığı qeyd olunmalıdır.

Həmin təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqat davam edir. Lakin təhqiqatı aparan komissiyanın ilkin nəticələri təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib”.

Qeyd edək ki, AZAL-ın Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Tarix
2025.08.08 / 14:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan sülh razılaşması imzalayacaq – Ağ Ev

XİN-dən Gürcüstan açıqlaması: Sülh yolu ilə...

Bakı və İrəvan arasında əldə edilən bu irəliləyiş... - Türkiyəli yazar

Zəngəzura qayıdış: ABŞ buna ev sahibliyi etməyi şərəf sayır...

Ermənistanın buna razılaşacağı doğru deyil - Baqdasaryan

Bu gün Vaşinqtonda çox ciddi qərarlar qəbul olunacaq...

ABŞ görüşü və “Tramp dəhlizi” - Ankaranın reaksiyası...

Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan

Netanyahunun Qəzzanı işğal planı təsdiqləndi

Vaşinqton sazişi: Putin buna risk etməyəcək – Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla