Yuxarı

“AzerGold”da maarifləndirmə seminarı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AzerGold” QSC-də Səhmdar Cəmiyyətinin əməkdaşları üçün “Korrupsiyaya qarşı mübarizə üzrə uyğunluğun təmin edilməsi” mövzusunda maarifləndirmə seminarı keçirilib.

Seminar “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində təşkil olunub. Antikorrupsiya davranış modelinin formalaşdırılması və bu sahədə savadlılığın artırılması, korrupsiyaya qarşı dözümsüzlüyün gücləndirilməsi məqsədilə keçirilən seminarda Cəmiyyətin aparatında çalışan və bütün struktur bölmələri təmsil edən əməkdaşlar iştirak edib.

Seminar zamanı təlimçilər tərəfindən "AzerGold" QSC-nin Korrupsiyaya qarşı mübarizəyə dair siyasəti əməkdaşların diqqətinə çatdırılıb, eləcə də korrupsiyanın mənfi təsirləri, onunla mübarizənin vacibliyi və effektiv üsulları barədə ətraflı məlumatlar verilib, yerli və beynəlxalq təcrübələrə əsaslanan nümunələr əsasında müzakirələr aparılıb. Seminar çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində məlumatlılığın artırılması və maarifləndirmə tədbirlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işlərdən bəhs olunub, gələcəkdə icrası nəzərdə tutulan tədbirlər haqqında danışılıb. Sonda əməkdaşları maraqlandıran suallar cavablandırılıb, seminar sual-cavab formatında davam etdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinə şərait yaradır. Eyni zamanda, Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, dövlət qurumların fəaliyyətində şəffaflığın artırılmasına və korrupsiyanın ifşa edilməsində effektiv nəzarət mexanizmlərin tətbiqinə xidmət edir.

Tarix
2025.08.08 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Hökumə Əliyevaya görə Bakı aeroportunda sükut - Video

Bakı və İrəvan sülh razılaşması imzalayacaq – Ağ Ev

XİN-dən Gürcüstan açıqlaması: Sülh yolu ilə...

Bakı və İrəvan arasında əldə edilən bu irəliləyiş... - Türkiyəli yazar

Zəngəzura qayıdış: ABŞ buna ev sahibliyi etməyi şərəf sayır...

Ermənistanın buna razılaşacağı doğru deyil - Baqdasaryan

Bu gün Vaşinqtonda çox ciddi qərarlar qəbul olunacaq...

ABŞ görüşü və “Tramp dəhlizi” - Ankaranın reaksiyası...

Naxçıvana yol dəhliz statusunda olacaq - Poqosyan

Netanyahunun Qəzzanı işğal planı təsdiqləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla