
Bakıda əməliyyat: saxlanılanlar var
15:34
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Salyanda yol-nəqliyyat hadisəsi olub.
Axar.az xəbər verir ki, avtoqəza rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Mersedes” və VAZ-2107 markalı avtomobillər toqquşub.
Nəticədə Salyanın Şəkərli kənd sakini, 1955-ci il təvəllüdlü Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində ölüb.
Digər iki sərnişin - 1962-ci il təvəllüdlü Şahlar Bolşevik oğlu Rzayev və 1982-ci il təvəllüdlü Sevinc Əlhüseyn qızı Qasımova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2025.08.18 / 13:58
|
Müəllif
Axar.az
|