Yuxarı

“İçərişəhər”də avtobus xidməti açıldı: Gediş haqqı... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yeni nəqliyyat xidməti fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, sakinlər və qonaqlar əsas marşrutlar üzrə rahat, ekoloji təmiz, əlverişli və sürətli hərəkət etmək üçün qolfkar-avtobuslardan istifadə edə bilərlər.

Marşrut xətti Qız Qalası qarşısından başlayaraq Qüllə küçəsi, Kiçik Qala, Vəli Məmmədov, Asəf Zeynallı və Böyük Qala küçələrindən keçir, daha sonra yenidən Qız Qalası önündə yerləşən son dayanacaqla tamamlanır. Qoruğun ən çox istifadə olunan yollarını əhatə edən bu xətt üzrə ümumilikdə 10 dayanacaq müəyyən edilib. İlkin mərhələdə iki qolfkar xəttə buraxılıb. İstifadəçi sayı artdıqca xəttə buraxılacaq nəqliyyat vasitələrinin sayı da artırılacaq.

Marşrutun planlaşdırılmasında turistik və mədəni obyektlərə yaxınlıq xüsusi nəzərə alınıb. Sərnişinlər bu nəqliyyat vasitəsindən istifadə edərək Qız Qalası, Şirvanşahlar Sarayı, Maqsud İbrahimbəyovun ev muzeyi kimi önəmli mədəni məkanlara rahatlıqla gedə bilərlər.

Qolfkar-avtobuslardan istənilən şəxs məhdudiyyətsiz şəkildə istifadə edə bilər. 10 yaşına qədər uşaqlar və yaşı 60-dan yuxarı olan sərnişinlər üçün xidmət ödənişsizdir. Digər sərnişinlər üçün qiymət 1 manatdır. İlkin olaraq iş saatları 14:00-dan 22:00-dək müəyyən edilib.

Elektriklə işləyən qolfkar-avtobuslar ətraf mühitə zərər vermir, səs-küy yaratmır, tarixi abidələrin qorunmasına uyğun ekoloji standartlara cavab verir və İçərişəhər ərazisində nəqliyyat vasitələrinin hərəkət intensivliyini azaltmağa xidmət edəcək..

Tarix
2025.08.19 / 10:06
Müəllif
Axar.az
Digər xəbərlər

Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq

İlham Əliyev Cared Koheni qəbul etdi

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Konspirasiya nəzəriyyələri iflasa uğradı - Paşinyan

Prezident bu ölkənin səfirini də qəbul etdi

İlham Əliyev İsrailin yeni səfrini qəbul etdi - Foto

Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...

SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba

Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla