Yuxarı

Bir ekosistem “Ai4 2025” beynəlxalq konfransında təmsil olunub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi Şimali Amerikanın ən böyük süni intellekt sənaye tədbiri olan “Ai4 2025” konfransında təmsil olunub.

Tədbirdə ekosistemi PAŞA Holding-in Baş data inzibatçısı Valeh Nəbiyev, Bir Ekosistemin İnkişafı Departamentinin rəhbəri Mehdi Aslanov, eyni zamanda bankın Data menecment ofisinin lideri Seymur Şabanlı və Bir Ekosistem Analitikası Departamentinin rəhbəri Şəhriyar Məmmədlidən ibarət nümayəndə heyəti təmsil edib.

2018-ci ildən etibarən keçirilən konfrans bu il Las Veqas şəhərində baş tutub. 85 ölkədən 8000-dən çox iştirakçının qatıldığı tədbir “Süni intellektin biznesdə tətbiqləri, etik tərəfləri və gələcək inkişaf perspektivləri” mövzusuna həsr olunub. Proqram çərçivəsində məlumatların idarə olunması, həmçinin təhsil, maliyyə, səhiyyə və dövlət sektorunda süni intellektin istifadəsi ilə bağlı müzakirələr aparılıb.

Konfransda “Süni intellekt dövründə məlumatların idarə olunması” mövzusunda çıxış edən Valeh Nəbiyev Bir ekosistemin bu istiqamətdəki yanaşması və təcrübəsi barədə məlumat verib:

“Bir ekosistemi süni intellektin tətbiqi sahəsində unikal təcrübəyə sahibdir. Bunun üçün bizim strategiyamız, peşəkar komandamız var. Ekosistem özündə böyük təcrübəyə malik ölkənin qabaqcıl şirkətlərini əhatə edir. Hazırda bizim fəaliyyətimiz ayrı-ayrı layihələrlə yanaşı miqyaslana bilən AI transformasiyasına yönəlib. Strategiyamız rəhbər heyətdən başalayaraq vizion və vahid qaydaları, həmçinin komandaların çevik innovasiyasını özündə birləşdirir. Biz məlumatların idarə olunmasını risklərə nəzarət aləti kimi deyil, süni intellektin sürətlə və etibarlı tətbiqi üçün əsas körpü kimi görürük. Bu yanaşma ekosistemdə AI layihələrinin – müştəri xidmətlərinin avtomatlaşdırılmasından əməliyyat səmərəliliyinin artırılmasına qədər – davamlı və təhlükəsiz inkişafını təmin edir”.

Süni intellekt sahəsində dünyanın nüfuzlu tədbirlərindən biri olan konfrans, həmçinin ekosistemin nümayəndə heyətinə beynəlxalq istiqamətdə yeni tanışlıqlar, təcrübə mübadiləsi və əməkdaşlıq imkanları da qazandırıb.

Bir ekosistem ölkənin aparıcı brendləri olan Birbank, Birmarket, m10 və MilliÖn brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda ekosistem Тrendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, Birmarket-də Birbank vasitəsilə kreditli alış-verişdən, Тrendyol Azərbaycan-da Birbank taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Tarix
2025.08.19 / 09:59
Müəllif
Axar.az
Digər xəbərlər

Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq

İlham Əliyev Cared Koheni qəbul etdi

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Konspirasiya nəzəriyyələri iflasa uğradı - Paşinyan

Prezident bu ölkənin səfirini də qəbul etdi

İlham Əliyev İsrailin yeni səfrini qəbul etdi - Foto

Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...

SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba

Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla