Yuxarı

Binəli Yıldırım İlham Əliyevi təbrik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Prezident İlham Əliyevə məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına zəmin yaradan və bölgəmizdə tarixi bir səhifə açan Birgə Bəyannamənin imzalanması münasibətilə Zati-alinizi ən səmimi hisslərlə təbrik edirəm.

Bu tarixi hadisə Azərbaycanın strateji mövqeyi və güclü liderliyinin, eyni zamanda, Qarabağda qazanılan tarixi Zəfərdən regional sülhə, əməkdaşlığa və inkişafa keçidin konkret təzahürüdür.

Zəngəzur dəhlizi Türk dünyasını bir-birinə bağlayacaq, ticarət əlaqələrini gücləndirəcək və xalqlarımız arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək strateji əhəmiyyətə malik bir layihədir.

Zati-alinizin müdrik liderliyi ilə Azərbaycanın bundan sonra da regional sabitliyin və Türk dünyasının birliyinin təmin olunmasında qabaqcıl rol oynayacağına qəti şəkildə inanıram.

Fürsətdən istifadə edərək Türkiyə-Azərbaycan qardaşlığının “Bir millət, iki dövlət” prinsipi ilə daha da möhkəmlənəcəyinə, ölkələrimizin ortaq hədəflərin reallaşması üçün bundan sonra da çoxlu tarixi uğurlara imza atacağına əminliyimi ifadə edirəm.

Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı tərəqqi arzulayır, ən dərin ehtiramımı ifadə edirəm”.

Tarix
2025.08.19 / 21:30
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Türkiyə səfiri ilə sülh prosesini müzakirə etdi

Sabah 18 kənddə qaz olmayacaq

Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video

Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian

Azərbaycan və Nepal XİN başçıları danışdı

Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq

İlham Əliyev Cared Koheni qəbul etdi

İrəvan və Tehran dəhliz məsələsini müzakirə etdi

Azərbaycan strateji körpü rolunu oynayır - Mirziyayev

Konspirasiya nəzəriyyələri iflasa uğradı - Paşinyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla