Yuxarı

Bakı və İrəvan arasında güclənən etimad var - Səfir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və İrəvan arasında güclənən etimad var - Səfir

Prezident Tramp əsl liderdir, əsl sülhməramlıdır. Ona görə də bilirdik ki, o seçiləndən sonra təkcə bizim regionda deyil, bütün dünyada sülh, firavanlıq və inkişaf üçün daha çox səy göstəriləcək.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim “Vaşinqton Examiner”ə müsahibəsində deyib.

O qeyd edib ki, buna görə də yeni administrasiyanın bölgəyə sülh və inkişaf gətirməkdə maraqlı olması çox təbii idi.

"Biz bu istiqamətdə birlikdə işlədik. Biz sazişin imzalanması və yekun ratifikasiyasına nail olmaq üçün gələcək fəaliyyətlərin davam etdirilməsinin zəruriliyini qəbul etdik, həmçinin ölkələrimiz arasında sülhün qorunmasının və möhkəmləndirilməsinin vacibliyini vurğuladıq", - deyə səfir əlavə edib. O deyib ki, xarici işlər nazirlərinin sazişi paraflamaları hazırkı müqaviləni möhkəmləndirir və bu, onu dəyişdirilməyəcəyini göstərir.

“İndi qalır yalnız nə vaxtsa onu imzalamaq. Bu, inamla bağlı olan məsələ idi, çünki müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan ilə Ermənistan arasında heç vaxt əsl sülh olmamışdı. İşğal baş vermişdi və biz uzun müddət bu məsələləri həll etməyə çalışırdıq. Vasitəçilər var idi, amma heç nə dəyişmirdi. Təbii ki, etimadın qurulmasına başlanılmamışdı. İndi Azərbaycan ilə Ermənistan arasında güclənən etimad var”, - deyə Xəzər İbrahim bildirib.

Onun sözlərinə görə, sülh sazişlərinin yekunlaşdırılması üçün addım ata, kömək edə bilən qlobal lider lazımdır. Diplomat qeyd edib ki, altı ay əvvəl prezident seçildikdən sonra Donald Tramp dünyaya sülh gətirmək istəyən qlobal liderə çevrilib.

Səfir əlavə edib ki, iki ölkədən birinin digərinə qarşı ərazi iddiası varsa, bu, heç bir nəticə verməyəcək. O vurğulayıb ki, hazırda qalan yeganə maneə Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasıdır.

“Beləliklə, biz ümid edirik ki, çox qısa müddət ərzində Ermənistanda həmin müddəa dəyişdiriləcək və biz məmnuniyyətlə yekun sülh sazişini imzalaya biləcəyik”, - deyə X.İbrahim vurğulayıb.

Tarix
2025.08.19 / 20:02
Müəllif
Axar.az
Digər xəbərlər

Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

İstanbul körpüləri TDT bayrağının rəngi ilə işıqlandırıldı - Foto

Rusiyadan təklif: Bunu Azərbaycandan alaq!

Prezident Danimarka səfərindən video paylaşdı

Overçuk Azərbaycana gəlir: Mühüm üçtərəfli görüş...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla