Yuxarı

Laçında bir düz yer tapa bilmədik ki... - Prezident

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçında bir düz yer tapa bilmədik ki... - Prezident

Azərbaycan Prezidenti İlham Əliyev Laçında hava limanının tikintisi ilə bağlı çətinliklərdən danışıb.

Axar.az xəbər verir ki, dövlət başçısı bildirib:

"Laçının Qorçu kəndində beynəlxalq hava limanı da istifadəyə verilib. Biz o yerin seçilməsində də çətinlik çəkirdik. Çünki Kəlbəcərdə və Laçında bir dənə də düz yer tapa bilməmişdik ki, orada uçuş-enmə zolağı inşa edilsin. Bir dənə də düz yer yoxdur. Amma mən istəyirdim ki, aeroport həm Kəlbəcərə, həm Laçın şəhərinə yaxın olsun. Ona görə o yer seçildi. Dedilər ki, burada da bunu etmək mümkün deyil, gərək dağları kəsək. Dedim kəsmək lazımdırsa, kəsək. Əminəm ki, bu aeroport sayəsində bura gələnlər üçün çox gözəl bir turizm mərkəzi olacaq. Yəni, üç istiqamətdən yol, - Gəncə, Laçın, hətta Zəngilandan ta Kəlbəcərə qədər, bir də Naftalan, Ağdərə, Sərsəng, Kəlbəcər, - üç tərəfdən rahat əlaqələndirmə olacaq və əlbəttə ki, bu, bölgənin canlandırılması üçün böyük imkanlar yaradacaq: hotellər, turizm kompleksləri”.

Tarix
2025.08.22 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla