Yuxarı

Rumın senator “Heydər Əliyev” zirvəsində... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda səfərdə olan Rumıniya Senatının Maramureş viləyətindən seçilmiş üzvü, iqtidardakı Milli Liberal Partiyanın parlament fraksiyasının sədr müavini, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəal üzvü, Senatın mədəniyyət və media komitəsinin sədri, həmçinin Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş “Heydər Əliyev” zirvəsinə qalxıb.

Axar.az xəbər verir ki, o, bu addımı Azərbaycanın Ümummilli liderinə ehtiramını ifadə etmək məqsədi ilə həyata keçirib.

“Heydər Əliyev” zirvəsi Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşir.

“Heydər Əliyev” zirvəsində rumıniyalı millət vəkili Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin ehtiramını ifadə edib, onun Azərbaycan tarixində misilsiz rolu və xidmətlərini qeyd edib. O, həmçinin, zirvəyə yürüşünü Rumıniya-Azərbaycan dostluq və strateji əməkdaşlıq əlaqələrinə həsr edib. Bununla yanaşı, senator Qarabağa səfərini vurğulayaraq, prezident İlham Əliyevin Qarabağ bölgəsinə göstərdiyi xüsusi diqqəti və aparılan miqyaslı tikinti-bərpa işlərinin bariz şahidi olduğunu bildirib.

Qeyd edək ki, senatoru Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov, Azərbaycan Respublikasının Alpinizm Federasiyasının baş katibi Sənan Rəsulov və tanınmış azərbaycanlı alpinist, bir çox beynəlxalq dağ ekspedisiyalarının iştirakçısı Sima Səfərova müşayiət edib.

Eyni zamanda, nümayəndə heyəti Bazardüzü zirvəsini fəth etmiş rumın alpinistlər ilə görüşüblər. Rumıniyalı alpinistlər Azərbaycanın əsrarəngiz təbiəti, qonaqpərvərliyi və isti münasibəti barədə təəssüratları ilə bölüşüblər.

Tarix
2025.08.25 / 11:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı, Aşqabad və Daşkənd üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir

Paşinyan Bakı ilə razılaşmadan danışdı

Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan

Prezidentə futbol forması hədiyyə edildi - Foto

KİV: İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb

Azərbaycan “Qızıl qapı”nı azad etdi - Türk politoloqdan şok

Qərəzli iddialara ABŞ nəşrində cavab...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycan XİN Ukraynanı təbrik etdi

Həştərxan qubernatoru Mehriban Əliyevanı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla