
Polşa prezidenti ukraynalılara yardım qanununa veto qoydu
15:38
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
10 gündən çoxdur iki iranlı alpinist - Məryəm Piləvəri və Həsən Ağalu Qırğızıstandakı “Pobeda” zirvəsinə qalxdıqdan sonra itkin düşüblər.
Axar.az xəbər verir ki, bu barədə Qırğızıstanın "Cənubi İnılçək" yardım əməliyyatları qərargahı məlumat yayıb.
"Alpinistləri tapmaq üçün PUA-lar vasitəsilə də aparılan axtarışlar nəticə vermədi, çox güman ki, onlar zirvədən Çinə tərəf enib və ya yıxılıblar", - məlumatda bildirilib.
İranın Gənclər və İdman Nazirliyi Məryəm Piləvəri və Həsən Ağalunun nazirlik və Alpinizm Federasiyası ilə kordinasiyalı şəkildə deyil, fərdi təşəbbüslə getdiklərini deyib.
Qeyd edək ki, 7439 metr hündürlüyə malik “Pobeda” Qırğızıstanın ən hündür zirvəsidir.
Tarix
2025.08.25 / 12:50
|
Müəllif
Axar.az
|