Yuxarı

Rusiyalı üzgüçü Türkiyədə yarış zamanı yoxa çıxdı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı üzgüçü Türkiyədə yarış zamanı yoxa çıxdı - Video

Rusiyalı üzgüçü Nikolay Sveçnikov Türkiyədə yarış zamanı yoxa çıxıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Gazeta.ru" Teleqram kanalı məlumat yayıb.

Təcrübəli idman ustası "Bosfor-2025" kütləvi qitələrarası üzgüçülük yarışı zamanı gözdən itib.

Nikolay Sveçnikov ilk start götürənlərdən biri olub, lakin təxminən üç min nəfər içində finişə çatmayan yeganə insan o olub və təşkilatçılar yalnız 12 saatdan sonra bunun fərqinə varıblar.

Üzgüçü sahil mühafizəsi, dronlar və dalğıclar tərəfindən axtarılır, lakin axtarışlar hələlik nəticəsizdir. Türkiyənin rəsmi qurumları tərəfindən də araşdırmalara başlanılıb.

"Şot" Teleqram kanalı qeyd edir ki, Bosfor boğazını üzərkən itkin düşən üzgüçü Nikolay Sveçnikovun birinci körpünün yaxınlığında gücü tükənər və ya ayağında qıcolma baş vermiş ola bilər.

İdmançıların dediyinə görə, yarış zamanı onlar kürəyi üstə üzən oxşar adam görüblər. Başqa bir versiyaya görə, onu axın digər sahilə sürüklənmiş olar və ya marşrutun sonuna yaxın qıcolma baş vermiş ola bilər.

İdmançıların sözlərinə görə, bu il güclü əks cərəyan olub. "Bosfor-2025"in iştirakçılarından biri qeyd edib ki, 6.5 ​​kilometri 1 saata və ya 1 saat 20 dəqiqəyə üzməyi nəzərdə tutduğu halda, bu il 1 saat 46 dəqiqəyə başa vura bilib.

Tarix
2025.08.25 / 12:20
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla