Yuxarı

Bakıda 44 kq narkotik aşkarlandı, 8 nəfər saxlanıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda 44 kiloqram narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi və ərazi üzrə 16, 17 və 18-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Tədbirlərlə qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən 8 nəfər - Eldar Cəfərov, Elmin Qazalıyev, Rahim Abdullayev, Vaqif Rzazadə, onunla əlbir olan Faiq Rzayev, Ramil Abbasov və tanışı Ruslan Məmmədov, eləcə də Rəhim Ağazadə saxlanılıblar. Onlardan ümumilikdə 44 kiloqram 452 qram, o cümlədən 1 kiloqram heroin, 2 kiloqrama yaxın tiryək, 1 kiloqram psixotrop maddə metamfetamin, 25 ədəd güclü təsiredici xassəyə malik metadon və digər növdən olan həblər aşkarlanıb.

Araşdırma zamanı saxlanılanların narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsi ilə əldə edib paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bundan əlavə, Nərimanov rayonunda iyul-avqust aylarında polis əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərlə əlaqəli 43 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən isə cari il ərzində 79 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Tarix
2025.08.26 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

NK-da Əliyevin Vaşinqton səfəri ilə bağlı xüsusi iclas...

Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan

Erməni mediası: "İlham, sən böyük lidersən" - Foto

İlham Əliyev bu xəbərlə Azərbaycan xalqını sevindirdi

Tarixin təhrif olunmasına bir daha imkan verilməyəcək

Ərdoğan Zəngəzur dəhlizindən danışdı

Ceyhun Bayramov Stiven Dauti ilə görüşdü

İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan

Azərbaycan XİN Uruqvayı təbrik etdi

Bakı, Aşqabad və Daşkənd üçtərəfli tərəfdaşlıq mərhələsinə keçir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla