Yuxarı

Moskvada miqrantları elektron tətbiq vasitəsilə izləyəcəklər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-dən etibarən Rusiyanın paytaxtı Moskvada miqrantları izləməyə imkan verəcək elektron tətbiq istifadəyə veriləcək.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin "İnterfaks"a müsahibəsində deyib.

Sergey Sobyaninin sözlərinə görə, Moskvanın icra qurumları miqrantların nəzarətdə saxlanılması məqsədilə "Moskva regionunda bir sıra eksperimentlərin aparılmasına" icazə alıblar.

Moskva meri qeyd edib ki, bütün hava limanlarında miqrantların biometrik nəzarəti tətbiq olunub. Həmçinin Moskva ərazisində miqrantların bütün məlumatları daxil edilmiş "elektron kart" istifadəyə veriləcək.

"QR-kod vasitəsilə polis həmin şəxslə bağlı hər şeyi öyrənə bilər - nə vaxt gəlib, hansı müddətə, harada işləyir, miqrasiya pozuntusu var, ya yox. Əgər qırmızı işıq yanırsa, polisin onu saxlaması vacibdir. Yaşıldırsa, heç bir sual yaranmır", - deyə mer vurğulayıb.

Tarix
2025.08.26 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Naxçıvanla bağlı bu tələbi qəbul etdi - Əsədov

Sülh Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi - Baş nazir

NK-da Əliyevin Vaşinqton səfəri ilə bağlı xüsusi iclas...

Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan

Erməni mediası: "İlham, sən böyük lidersən" - Foto

İlham Əliyev bu xəbərlə Azərbaycan xalqını sevindirdi

Tarixin təhrif olunmasına bir daha imkan verilməyəcək

Ərdoğan Zəngəzur dəhlizindən danışdı

Ceyhun Bayramov Stiven Dauti ilə görüşdü

İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla