Yuxarı

Yasamalda su təchizatı yaxşılaşdırılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamal rayonunda əhalinin içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Yasamal Rayon Sukanal İdarəsi tərəfindən işlər həyata keçirilir. İstehlakçıların məişət, içməli, istehsalat, yağış və tullantı sularının axıdılması xidmətləri idarə tərəfindən müntəzəm icra olunur. Məqsəd sakinlərin dayanıqlı və keyfiyyətli içməli su ilə fasiləsiz olaraq təminatını həyata keçirməkdir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Axar.az-a verilən məlumata görə, rayon ərazisində içməli su şəbəkəsinin ümumi uzunluğu 348 kilometrdir. İdarənin balansında 32 ədəd su nasos stansiyası və 19 ədəd su anbarı fəaliyyətdədir. Ümumi abonent sayı 114939 nəfərdir ki, bundan 108244 nəfər əhali, 6695-isə qeyri-əhalidir. Rayonda sayğaclaşma faizi 94 faiz təşkil edir. İdarə tərəfindən rayon ərazisində su və kanalizasiya xətlərində baş verən qəzalar operativ aradan qaldırılır.

Yasamal rayon Sukanal İdarəsinin rəisi Sərxan Orucov görülən işlərlə bağlı məlumat verərək bildirib ki, sukanal idarəsi tərəfindən rayon ərazisində ilin əvvəlindən 1094 paqon metr müxtəlif diametrli yeni su xətti çəkilib, 624 paqon metr su xətti isə təmir olunub. Habelə yaşayış binalarının zirzəmisində 797 paqon metr kanalizasiya xətti dəyişdirilib, 154 paqon metr isə təmir olunub. Bundan başqa məhəllədaxili su nasos stansiyalarında 3 ədəd yeni nasos quraşdırılıb, 24 ədəd nasos və 1 ədəd elektrik mühərriki təmir olunub. Həmçinin 11 ədəd su anbarı yuyularaq dezinfeksiya olunub, ümumilikdə 109071 abonent su ilə təmin edilib.

Tarix
2025.08.26 / 12:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Naxçıvanla bağlı bu tələbi qəbul etdi - Əsədov

Sülh Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi - Baş nazir

NK-da Əliyevin Vaşinqton səfəri ilə bağlı xüsusi iclas...

Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan

Erməni mediası: "İlham, sən böyük lidersən" - Foto

İlham Əliyev bu xəbərlə Azərbaycan xalqını sevindirdi

Tarixin təhrif olunmasına bir daha imkan verilməyəcək

Ərdoğan Zəngəzur dəhlizindən danışdı

Ceyhun Bayramov Stiven Dauti ilə görüşdü

İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla