Yuxarı

Bu xəstəliyi olanlar hərbi xidmətə aparılmır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu xəstəliyi olanlar hərbi xidmətə aparılmır

Talessemiya və digər qanyaradıcı sistem xəstəliklərindən əziyyət çəkən şəxslərin hərbi xidmətə yararlılığı tez-tez gündəmə gəlir. Bəs belə hallarda onların xidmətə cəlb olunub-olunmaması hansı meyarlara əsasən müəyyən edilir?

Axar.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-ın bildirib ki, eritrosit membran anomaliyaları (mikrosferositoz və s.), hüceyrədaxili enzim çatışmazlığı, homoziqot və ikiqat heteroziqot hemoqlobinopatiyalar zamanı şəhadətləndirmə aparılır:

“Bu xəstəliklər hemolitik anemiyalarla müşayiət olunduqda və tibbi sənədlərlə təsdiq edildikdə, qanyaradıcı sistemin pozulma dərəcəsi nəzərə alınır. Qərar isə Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiqlənmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasında göstərilən “a”, “b” və “c” yarımbəndlərinə uyğun olaraq qəbul edilir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə əsasən, xəstəliklərdən əziyyət çəkən şəxslərin hərbi xidmətə yararlılığı xəstəliyin növü və dərəcəsindən asılı olaraq müəyyən edilir. Ağır hallarda və daimi xarakterli pozuntularda çağırışçılar hərbi xidmətə yararsız hesab edilir, yüngül hallarda isə “məhdud yararlı” kimi qərar verilə bilər.

Tarix
2025.09.01 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla