Yuxarı

Xankəndidə müğənninin evindən patron və narkotik çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xankəndi şəhərində müğənniliklə məşğul olan şəxs həbs edilib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, əslən Laçın rayonundan olan 1990-cı il təvəllüdlü Adil Məmmədov (adı və soyadı şərtidir) 8 ay əvvəl Xankəndi şəhərinə fəhlə işləmək məqsədilə gedib.

O, şəhər ərazisindəki kafe və restoranlarda müğənnilik etmək təklifi alıb və bu təkliflə razılaşıb. Bu il aprelin 18-də Adil işdən evə gələrkən binanın yaxınlığında "Kalaşnikov" pulemyotunun beş və "Kalaşnikov" avtomatının bir ədəd patronunu tapıb. O, həmin patronları maraq üçün götürərək, yaşadığı mənzildə gizlədib.

Xankəndi Şəhər Polis Şöbəsi əməkdaşları əməliyyat məlumatı əsasında mənzilə baxış keçirərkən həmin patronlar aşkar edilərək götürülüb. Həmçinin onun yaşadığı evdən narkotik vasitələr də aşkar edilib.

A.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.

Xankəndi Şəhər Məhkəməsinin hökmü ilə A.Məmmədov 7 ay azadlıqdan məhrum edilib.

Tarix
2025.09.03 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkədə səfirlik açır

Kremldən Əliyev və Putinin salamlaşmasına - Reaksiya

Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev

Bakıdan İrəvana məxfi zəng: Hacıyev narazılığını çatdırıb?

Çindəki paraddan görüntülər - Video

Prezidentlər və xanımları ziyafətdə... - Video

Prezidentlərin azərbaycanca səmimi dialoqu - Video

İlham Əliyevlə Putin belə salamlaşdı - Video

İlham Əliyev və xanımı Çində paradı izlədi - Video

İran da, Rusiya da anlayacaq ki, Zəngəzur qorxuları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla