
Ağalıda otelin təmirinə 6 milyon manat xərclənəcək
12:13
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
08:48
Şəmkirdə qayınata ilə kürəkən arasında yaranan mübahisə ölümlə nəticələnib.
Axar.az xəbər verir ki, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb.
Belə ki, 1968-ci il təvəllüdlü Sənan Əsgərov kürəkəni, 1993-cü il təvəllüdlü Tural Abdullayevlə dalaşıb.
Dava qısa zamanda daha da şiddətlənib və S.Əsgərov kürəkəninə, T. Abdullayev də qayınatasına bıçaqla xəsarətlər yetirib.
Hər 2 şəxs xəstəxanaya çatdırılsa da, T. Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.
Sənan Əsgərovun vəziyyəti isə kafi qiymətləndirilir.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.
Tarix
2025.09.06 / 11:43
|
Müəllif
Axar.az
|