Sabah Balakən şəhərində 344 abonentin qaz təchizatında fasilə yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyindən Axar.az-a verilən məlumata görə, Balakən şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Şindiyev Seymur Abdulməcid oğluna məxsus torpaq sahəsinin qarşısından keçən D76 mm-lik orta təzyiqli qaz xəttinin və D108 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin dəyişdirilməsi məqsədi ilə sabah saat 11:00-dan işlər yekunlaşanadək Yeni Yaşayış massivin bir hissəndə 344 abonentin qaz təchizatı dayandırılacaq.
Bildirilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Qurum vətəndaşlardan təbii qaz verilişinin dayandırıldığı müddət ərzində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etməyi xahiş edib.