Yuxarı

Aeroportdan taksi sifarişi qadağan edilir? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətində taksi sifarişlərinə məhdudiyyətin qoyulduğu iddia olunur.

Axar.az xəbər verir ki, bu barədə iddia sosial şəbəkələrdə yayılıb.

Xəbərdarlığın “Uber”, “Bolt” və tətbiqlə sifariş qəbul edən digər sürücülərə göndərildiyi bildirilir. Qeyd edilib ki, bu gündən hava limanı istiqamətinə taksi sifarişi mümkün olsa da, hava limanından şəhər istiqamətinə qəbul edilməyəcək. Məlumatda o da əlavə edilib ki, şirkət tərəfindən də sifarişlər olmayacaq.

“Xəzərxəbər” sorğu apardığı zaman bəzi taksi sürücüləri bildirib ki, bu xəbəri eşidəndən hava limanından sifariş götürmürlər. Onlar hesab edirlər ki, belə qərarın qəbuluna səbəb hava limanındakı “London taksi”lərinə üstünlüyün verilməsi ola bilər.

Bəzi taksi sürücüləri isə bildirdilər ki, hava limanından sifarişlərə məhdudiyyətlə bağlı onlara məlumat verilməyib.

Məsələ ilə bağlı “Bolt” və “Uber” daşıyıcı şirkətləri ilə əlaqə saxlanılıb.

“Bolt”dan bildirilib ki, həftə ərzində rəsmi məlumatlarını ictimaiyyətə təqdim edəcəklər.

“Uber”dən isə hələlik bu məsələ ilə bağlı şərh verə bilməyəcəkləri açıqlanıb.

Məsələ ilə bağlı Heydər Əliyev Beynəlxalq Hava Limanından isə bildirilib ki, hazırda aeroportda sərnişinlərin rahatlığını və xidmət səviyyəsini daha da yüksəltmək məqsədilə taksi xidmətlərinin təkmilləşdirilməsi istiqamətində işlər aparılır. Taksilərin hava limanı ərazisinə giriş və çıxışına hər hansı məhdudiyyət tətbiq olunmur:

“Görüləcək işlərlə bağlı yeniliklər baş verdikcə ictimaiyyət rəsmi şəkildə məlumatlandırılacaq”.

Tarix
2025.09.09 / 09:45
Müəllif
Axar.az
Digər xəbərlər

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Milli Məclisin xüsusi iclası başa çatdı

Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır

Hüseynzadə ABŞ-ın NATO-dakı nümayəndəsi ilə görüşdü

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər nə vaxt bitir?

Rusiya Azərbaycanın tələbi ilə onu həbs etdi

Rusiya ilə gərginliyin səbəbkarı... – Şəfiyev

Sülh sazişinin paraflanması... - Prezident

Zəngəzur dəhlizi yaxın gələcəkdə... - İlham Əliyev

Prezident forum iştirakçılarına müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla