Yuxarı

DGK Xəzərdə keşik çəkir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük orqanları hava, quru sərhədləri ilə yanaşı, Xəzər dənizinin Azərbaycan sektorunda da ölkəmizin iqtisadi mənafelərinin qorunması, hüquqpozma hallarının qarşısının alınması istiqamətində məqsədyönlü fəaliyyət göstərir.

DGK-nın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, potensial risklərin, təhlükələrin aşkar edilməsi və qarşısının alınması məqsədilə Xəzərin Azərbaycan sektorunda təşkil edilən keşikçəkmə fəaliyyəti gömrük qanunvericiliyinə və dəniz hüququna uyğun olaraq Dövlət Gömrük Komitəsinin Xəzər Dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsi tərəfindən həyata keçirilir.

Bu məqsədlə idarənin sərəncamında olan qayıqlar ən müasir avadanlıqlarla - gecə görmə müşahidə kameraları (cihazları), elektron xəritə və digər zəruri ləvazimatlarla təmin olunub.

Gömrük idarəsinin marşrut tapşırıq sənədinə uyğun olaraq gömrük əməkdaşları Xəzər dənizinin Azərbaycan sektorunun 3 istiqamətində - şimal, mərkəz və cənub istiqamətlərində keşikçəkmə-patrulluq fəaliyyətini həyata keçirir, müşahidələr aparır. Gömrük məqsədləri baxımından baş verən hallar və məlumatlar təhlil olunaraq gömrük nəzarəti tədbirləri müəyyən edilir. Hər bir keşikçəkmənin nəticəsi üzrə hesabatlar hazırlanaraq növbəti keşikçəkmə müddətində şəraitə uyğun olaraq istifadə olunur. Hesabatlar hüquqpozma hallarının, risklərin müəyyən edilməsi və qarşısının alınması üçün mühüm məlumat mənbəyidir.

Dənizdə fəaliyyət göstərən gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasına da xüsusi diqqət yetirilir. Hazırda Xəzər dənizində gömrük işinin təşkilində bilavasitə iştirak edən gömrükçülər xüsusi təlimlər keçib və müvafiq sertifikatlara yiyələniblər.

Hava və quru sərhədlərində olduğu kimi, Xəzər dənizinin Azərbaycan sektorunda da ölkəmizin iqtisadi təhlükəsizliyinin, gömrük sahəsində hüquqpozma hallarının qarşısının alınması üçün bütün zəruri tədbirlər həyata keçirilir və bu istiqamətdə görülən işlər davamlı olaraq inkişaf etdirilir.

Tarix
2016.07.14 / 16:52
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla