
Gürcüstanın keçmiş müdafiə naziri barədə qərar verildi
21:26
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 min 723,7 ton qaymaq və xama istehsal edilib.
Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4% çoxdur.
Hesabat dövründə ölkədə pendir və kəsmik istehsalı illik müqayisədə 3,5% azalaraq, 35 min 299,2 tona çatıb.
Sentyabrın 1-nə respublikada 0,2 ton qaymaq və xama ehtiyatı, 177,3 ton isə pendir və kəsmik ehtiyatı yaranıb.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,8% çoxdur.
Tarix
2025.09.13 / 19:55
|
Müəllif
Axar.az
|