Yuxarı

Səidə Bəkirqızı Speys TV-dən ayrıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səidə Bəkirqızı Speys TV-dən ayrıldı

Jurnalist, aparıcı Səidə Bəkirqızı Speys TV-dən ayrılıb.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a xanım aparıcı özü məlumat verib.

S.Bəkirqızı açıqlamasında qeyd edib ki, bu gündən etibarən televiziya fəaliyyətini tamamilə dayandırmaq barədə qərar verib.

Qeyd edək ki, jurnalistin son günlər məcburi köçkünlərlə bağlı işlətdiyi ifadələr ictimaiyyətdə geniş narazılığa səbəb olub. Speys TV Səidə Bəkirqızının sözlərinə görə cəzalandırılıb. Belə ki, 13 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib, telekanalın efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.

Speys TV redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları büruzə vermişdir. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) Speys TV kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul ediblər.

Tarix
2025.09.13 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

XİN-də yeni informasiya sistemi yaradılacaq

Bu Avropa ölkəsi Azərbaycanda səfirlik açacaq

Qırğızıstanın baş naziri Bakıya gəldi

İsrailin Xəzər dənizində yaratdığı təhlükə... - Rusiya

Bayramov Hindistanın yeni səfirini qəbul etdi

Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşdü

Zaxarova Azərbaycana təşəkkür etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla