Yuxarı

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya mediası Əliyevin bu çıxışından yazır

Azərbaycan Prezidenti İlham Əliyevin son beş ildə ölkədə yaşanan prosesləri “qələbə tarixi” adlandırması Rusiya KİV-də viral olub.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Rusiya mediasında və Teleqram kanallarında məlumat paylaşılıb.

Bildirilib ki, Prezident İlham Əliyev Xocavənd rayonuna səfərində son 5 ili “qələbə” sözü ilə təsvir edib.

“Son beş ilin tarixi göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilməyib”, – deyə İlham Əliyev vurğulayıb.

Prezident əlavə edib ki, Azərbaycan döyüş meydanında qələbə qazanaraq dünyaya gücünü sübut edib. Dövət başçısı həmçinin bildirib ki, Bakı həmişə ədalətə və beynəlxalq hüquqa əsaslanan sülhə sadiq qalıb.

“Avqustun 27-də İlham Əliyev demişdi ki, Azərbaycan 2024-cü ilin dekabrından sonra Rusiya ilə münasibətlərin korlanmasına görə heç bir məsuliyyət daşımır. Onun sözlərinə görə, Bakı “təcavüz və ya hörmətsizlik təzahürlərinə heç vaxt dözməyəcək”, – Rusiya mediası xatırladıb.

Tarix
2025.09.14 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla